"Karvan" klubunda növbəti ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi Kənan Quliyev ilə vidalaşıb. Futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, "Karvan" daha öncə Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov,  İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour, Begzod Khulikulov, Roman Hüseynov ilə yollarını ayırıb.