AZ

Avropada rusiyalı turistlərin sayı Praqanı hiddətləndirib

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Yan Lipavski “The Daily Telegraph” qəzetinə müsahibəsində bu tendensiyanın təhlükəsizliyə təhdid və Avropa İttifaqının (Aİ) elan etdiyi anti-Rusiya sanksiyalarına inamı sarsıtmaq kimi qiymətləndirib. Çexiya XİN-in rəhbəri müharibə başlayandan sonra Praqanın ruslara turist vizalarının verilməsini dayandırdığını xatırladıb. “Biz turist vizaları üçün müraciətləri nəzərdən keçirmirik və hesab edirik ki, bu, Aİ-də standart halına gəlməlidir. Ukrayna qəddar təcavüzdən əziyyət çəkməyə davam edərkən, bəzi Aİ ölkələrinin rus turistləri ilə adi iş rejiminə qayıtması son dərəcə narahatlıq doğurur. Kurortlarımızda bu çoxluqda istirahət edənlər arasında hərbi cinayətlərə ortaqların olmasını istisna edə bilmərik”, - Çexiya diplomatiyasının rəhbəri deyib. Onun sözlərinə görə, sanksiya rejiminə inamı sarsıdan belə vəziyyət Avropa dəyərlərinə münasibəti pozan siqnaldır. “Daily Telegraph” qəzeti, öz növbəsində, Avropa ölkələrində rusiyalı turistlərin sayında artımla bağlı qeyd edir ki, onlar üçün ən populyar istiqamətlər Fransa, İtaliya və İspaniyadır. Bununla belə, Hollandiya və Macarıstan kimi digər Aİ ölkələri də Rusiyadan gələn turistlərin sayında illik artım qeydə alıb. - Ötən il İtaliya iki Rusiya konsulluğunda 152 254 Şengen vizası verib ki, bu da 2023-cü ildəkindən təxminən 19 min çoxdur. Avropa Komissiyasının (AK) məlumatına görə, Fransa ümumilikdə 123 890 viza verib ki, bu da əvvəlki illə müqayisədə 25 min artım deməkdir. İspaniya isə 15 min artımla 111 527 rusiyalıya viza verib.”, - “Novinky.cz.” nəşri diqqətə çatdırıb. Sahil İsgəndərov

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azvision.az

1Mənbələr