AZ

Sağa dönən sürücü görün nə hoqqa verdi: Eyni anda 3 qayda pozdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda qayda pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mehdi Hüseyn küçəsində qeydə alınıb. Belə ki, 77-AC-132 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağa - Teymur Elçin küçəsinə dönəcəyi halda, qəfildən sol zolağa keçərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Sonra isə bütöv xəttin tələbini pozaraq sağ zolağa yerdəyişmə edib. Yolayrıcından sağa dönən zaman isə döndüyü yolun sol kənar zolağına keçib.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sağa dönən sürücü hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
avtosfer.az

1Mənbələr