AZ

SVR: Zalujnının prezidentliyə namizədliyi Alp dağlarında gizli görüşdə razılaşdırılıb – ÖZƏL

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ukraynanın sabiq Silahlı Qüvvələr Baş Komandanı, hazırda Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnının prezidentliyə namizədliyinin ABŞ və Böyük Britaniya nümayəndələrinin iştirakı ilə Alp dağlarındakı gizli görüşdə razılaşdırıldığını bildirib.

Olaylar.az xəbər verir ki, SVR-nin mətbuat bürosunun məlumatına görə, görüşdə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov və Valeri Zalujnı iştirak ediblər. Görüşün əsas mövzusu Ukrayna prezidenti Volodimir Zelenskinin əvəzlənməsi olub.

"İştirakçılar Zelenskinin dəyişdirilməsinin artıq gecikmiş məsələ olduğu fikrində yekdil olublar. Qərb, xüsusən ABŞ ilə münasibətlərin 'yenidən yüklənməsi' və Ukraynaya yardımların davamı üçün bu dəyişiklik əsas şərtə çevrilib. ABŞ və Böyük Britaniya Zalujnını prezidentliyə namizəd kimi təqdim etməyə qərar verib. Yermak və Budanov bu qərarı qəbul ediblər", - SVR-nin açıqlamasında deyilir.

Görüş zamanı anglo-sakson tərəfdaşlar Yermak və Budanova vədlər verərək onların hazırkı postlarını saxlayacağını və digər kadr məsələlərində maraqlarının nəzərə alınacağını bildiriblər.

SVR-nin məlumatına əsasən, bu razılaşma Zelenskinin antikorrupsiya orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq cəhdlərinin arxasında duran səbəbləri də izah edir. Bildirilir ki, Yermak bu addımı ataraq Zelenskini inandırıb ki, bu qərar Qərblə münasibətləri pozmayacaq. Lakin əslində bu, Qərbə "demokratiyaya təcavüz" adı altında Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq üçün əsas verib.

SVR sonda bildirir: "Beləliklə, Ukraynanın yeni prezidenti Alp kurortunda 'seçildi'. Axı bu cürmü təsəvvür edirdiniz 'demokratiya və müstəqillik' arzunuzu?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr