AZ

Azərbaycanın dörd boksçusu Almaniyadakı turnirdə çıxış edəcək

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 30-da Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku” start götürəcək.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 4 gün davam edəcək beynəlxalq turnirə milli komandamız 4 idmançı ilə yollanıb.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kiloqram), Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və Məhəmməd Cəfərova (+90 kiloqram) şans verəcək.

Yarışda Azərbaycanı hakim kimi Anar Nağdıyev təmsil edəcək.

Seçilən
6
1
azertag.az

2Mənbələr