“Çox ciddi “SOS”lar var. Xanımlarımız niyə estetik müdaxilələrə çox müraciət edirlər? Sizcə, bu təsadüfdür? Xeyr. Bu, mənəvi boşluğun təzahürüdür. Ən əsas məsələ, xanımlarımız niyə mənəvi boşluqdan, sevgi boşluğundan əziyyət çəkirlər? Bu da çox ciddi “SOS”dur”.
Pravda.az xəbər verir ki, bu sözləri həkim-dietoloq Leyla Zülfüqarlı deyib.
Həkim növbəti həyəcan siqnalı ilə bağlı çağırış edib: “Genetikamiz korlanır. Oğlanlar gödək boyludur, qızlarımız isə daha çox kökəlməyə meyillidir. Sizcə, bu da təsadüfdür? Xeyr, qətiyyən. Hormonal istiqamətdə dəyişiklik gedir. Həmçinin qəfləti ölümlər çoxalıb, xərçəng xəstəliyi cavanlaşıb...”
Aytəkin Qardaşova
Tarix: 29 İyul 2025, 17:06