Qırğızıstanda prezidentin fərmanına əsasən pornoqrafik materialların yayılmasına rəsmi qadağa qoyulub.
Publika.az xəbər verir ki, bu qanunvericilik aktının əsas məqsədi “əxlaqi prinsiplərin qorunmasını və əhalinin mənəvi rifahını” təmin etməkdir.
Arzuolunmaz məzmunun bloklanması internetin Qırğızıstan seqmentində və ya müvafiq orqanlar tərəfindən aşkar edildikdən dərhal sonra həyata keçiriləcək.
İnternet provayderləri və veb-resurs administratorları qadağan olunmuş materiallara girişi dərhal bloklamalıdırlar, əks halda onlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqlar.