AZ

Almaniyada helikopter qəzaya uğrayıb

Berlin, 29 iyul, AZƏRTAC

Almaniyanın Saksoniya əyalətində helikopter qəzaya uğrayıb

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, silahlı qüvvələrə (Bundesver) məxsus olduğu bildirilən helikopter Mulde çayına düşüb. Helikopterdə neçə nəfərin olması barədə məlumat verilməyib. Hazırda pilotun və ehtimal edilən digər heyət üzvlərinin axtarışları davam etdirilir. Qəza yerinə xeyli sayda yanğınsöndürən, xilasedici və polis qüvvələri, eləcə də suda axtarış işlərinə dalğıclar cəlb olunub.

İlkin məlumata görə, qayıqçılar helikopterin hissələrini çayda gördükdən sonra dərhal polisə məlumat veriblər. Polis qəza yerini hərbi qadağan zonası elan edib və bütün vətəndaşlara foto və video çəkməyi qəti şəkildə qadağan edib. Bundan əlavə, qəza yerinin üzəri uçuşlara qadağa zonası elan olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
25
20
azertag.az

10Mənbələr