“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Klub niderlandlı yarımmüdafiəçi ilə danışıqlar aparır. Frenkiyə 3+1 illik sözləşmə təklif olunub.
Frenki 2019-cu ildən “Barselona”da forma geyinir. O, La Liqada 177 oyunda 14 qol vurub, 15 məhsuldar ötürmə edib.