AZ

"BlinkOps" 50 milyon dollar investisiya alıb

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən və kiber təhlükəsizlik yönümlü süni intellekt texnologiyaları üzrə ixtisaslaşan "BlinkOps", B seriyası investisiya turu çərçivəsində 50 milyon dollar sərmayə cəlb edib.

Valyuta.az xəbər verir ki, yeni vəsaitlə şirkətin ümumi sərmayə həcmi 90 milyon dollara çatıb.

"BlinkOps" bu investisiyanı böyümə strategiyasını gücləndirmək və əməliyyatlarını genişləndirmək üçün istifadə etməyi planlaşdırır.

2021-ci ildə Gil Barak və Sion Zatlevi tərəfindən təsis edilən şirkət, təhlükəsizlik iş axınlarını avtomatlaşdırmaq üçün mikro agentlər hazırlayır. "BlinkOps"un “Security Micro-Agents Builder” aləti komandaların müxtəlif təhlükəsizlik funksiyalarını yerinə yetirən agentlər yaratmasına imkan verir. Platformada 30 mindən çox inteqrasiya, 10 mindən artıq iş axını və 500-dən çox mikro agent şablonu mövcuddur.

Mayya Hüseynova

Seçilən
0
valyuta.az

1Mənbələr