AZ

Fələstinlilər göydən düşən yardım haqda: Biz it deyilik!

“Biz it deyilik!”, fələstinlilər göydən düşən yardım haqqında deyir . Vətəninfo.az xəbər verir ki, yerli sakinlər bu barədə CNN telekanalına bildiriblər.

Telekanalın məlumatına görə, Qəzzanın mərkəzindəki Zavaya şəhərində onlarla fələstinli bazar ertəsi göydən atılan humanitar yardım qutularını toplamaq üçün tələsmişlər.

Çoxları üçün bu qutulardakı ərzaq bu gün yedikləri yeganə yemək olacaq. Amma digərləri deyirlər ki, havadan atılan humanitar yardımın arxasınca qaçmaqdan başqa çarəsinin olmaması onların ləyaqətinə təhqirdir.

Digər bir qrup respondent ərzaq üçün minnətdardır, lakin hesab edir ki, humanitar yardımın atılması yalnız zorakılıq riskini artırır.

Seçilən
17
veteninfo.az

1Mənbələr