AZ

DMX yanında İctimai Şuranın yeni tərkibi seçilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın (bundan sonra – İctimai Şura) yeni tərkibinin formalaşdırılması məqsədilə 28 iyul 2025-ci il tarixində seçki keçirilib.

Seçkinin təşkili üçün 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb, həmçinin seçkilərin keçiriləcəyi barədə ictimaiyyətə əvvəlcədən rəsmi elan verilib. İctimai Şuraya üzv olmaq üçün ümumilikdə 27 nəfərin namizədliyi qeydə alınmışdır.

Seçkinin nəticələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş səs çoxluğunu toplamış 9 namizəd İctimai Şuranın yeni tərkibinə üzv seçilib.

Fərzəliyev Əli Vələhədoğlu, “Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi

Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi

İbrahimli Şəbnəm Nizami qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi

Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti

Məmmədova Kəmalə Natiq qızı, “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi

Seçilən
9
2
aznews.az

4Mənbələr