AZ

Hollivud filmlərinin məşhur aktyoru vəfat edib

60 yaşlı israilli aktyor Alon Abutbul Hayfanın cənubunda, çimərlikdə vəfat edib.

Moderator.az bu barədə İsrail KİV-ə istinadən məlumat verib.

Bildirilir ki, aktyor sudan çıxandan sonra özünü pis hiss etdiyini bildirib və qısa müddət sonra huşunu itirib.

Hadisə yerinə gələn həkimlər onu həyata qaytara bilməyiblər.

Məlumat üçün əlavə edək ki, 1965-ci il təvəllüdlü aktyor 1983-cü ildən filmlərdə rol alıb. Ümumilikdə, 40 ildən çox davam edən karyerası ərzində o, 50-dən çox filmdə rol alıb. O, xüsusən "Rembo III", "The Order", "Munich", "The Dark Knight Rises" "Beyrut" filmlərdə oynadığı rollarla tanınır.

Seçilən
16
2
moderator.az

3Mənbələr