Tanınmış aktyor Allahverdi Yolçuyevin sosial şəbəkələrdə corab satmağı ilə bağlı yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Mia.az-ın məlumata görə, o, “Cebheinfo.az”-a açıqlamasında yayılan xəbərlərin yanlış anlaşılma olduğunu və işlə təmin olunmadığını qeyd edib:
“Yox, hələ mənimlə əlaqə saxlanılmayıb. Mən elə hesab edirəm ki, yəqin indi hamı məzuniyyətdədir.
Bir ay qalıb, nə qalıb ki?! Yəqin ki, avqust ayında hara göndərəcəkləri məlum olar. Dəqiq desinlər ki, hansı teatra göndərilirəm. Yəqin ki, teatra göndərərlər. Mən indi yenidən gedim corab satım?
Televiziyaya müsahibə verəndə zəng gəldi, maraqlandılar, elə sevinmişdim, elə bildim məsələ həll olunub. Arzu edirdim ki, Musiqili Komediya Teatrında çalışım. Müxbirlər isə yəqin səhv başa düşüblər. Mən bilirəm ki, hazırda nazirlikdə hamı məzuniyyətdədir. Bu halda mən necə deyim ki, işimi həll edin? Elə bir də sentyabra qədər gözləməli olacağam”.
“Nazirlikdən birbaşa mənimlə əlaqə saxlanılmayıb. Sadəcə nazirliyin əməkdaşları zəng etdilər ki, şəxsiyyət vəsiqəmin surətini və bank hesabımı göndərim, müəyyən məbləğdə maddi yardım ediləcək. Amma hələlik heç nə göndərilməyib. Əsas məsələ iş yerimdir.
İşimi bərpa etsinlər, vəssalam, başqa arzum yoxdur. Onda hər şey öz qaydasında olacaq. Hər ay maaş alanda bilirsən ki, dərman alırsan, gündəlik ehtiyaclarını qarşılayırsan”.
Mia.az xatırladır ki, aktyor bundan bir neçə gün əvvəl fərqli açıqlama verərək, hətta nazirin ona iki dəfə zəng etdiyini demişdi. Həmin açıqlama ilə buradan tanış ola bilərsiniz: