AZ

Dünyanın ilk trilyonçusu o olacaq: İnsanlar buna niyə qəzəblənib?

İlon Maskın 2027-ci ilə qədər tarixin ilk trilyonçusu olacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazıb.

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbərinin sərvəti hazırda 412 milyard dollar olaraq qiymətləndirilir və təkcə son ticarət günündə 6,4 milyard dollar artıb. Çoxsaylı qalmaqallara və tənqidlərə baxmayaraq, Mask hələ də planetin ən zəngin adamları siyahısında birinci yerdədir.

Qeyd olunur ki, bu yaxınlarda mətbuatda dəfələrlə Maskın trilyon dollarlıq kapitalın ilk sahibi olacağı barədə məlumatlar yayılsa da, sosial şəbəkələrdə yayılan başqa bir viral paylaşım müzakirələri yenidən qızışdırıb və qəzəb yaradıb.

“Bir trilyon dəhşətli məbləğdir”, - yazan bir sosial şəbəkə istifadəçisi bu məbləğin miqyasını izah etməyə çalışıb:

"Bir milyon saniyə 11 gündür.
Bir milyard saniyə 31 ildir.
Trilyon saniyə 31,709 ildir".

Şərhlərdə bir çoxlarını qıcıqlandıran odur ki, Mask aclıq və evsizliyə son qoymaq üçün bütün resurslara malikdir, amma o, bunu etmir.

Seçilən
12
1
publika.az

2Mənbələr