AZ

Fransa Zaxidandakı terror aktını pislədi

Ajans.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Zaxidanda baş vermiş terror aktını kəskin şəkildə qınayıb və Parisin mülki şəxslərə qarşı törədilən hər cür terror aktına qarşı olduğunu vurğulayıb. Fransa mediasının məlumatına görə, Xarici İşlər Nazirliyinin bəyanatında 26 iyul tarixində İranın Zaxidan şəhərində baş vermiş terror aktı pislənib. Hücum nəticəsində aralarında ana və uşağın da olduğu bir neçə mülki şəxs şəhid olub. Bəyanatda həmçinin qurbanların ailələrinə başsağlığı verilib, yaralılara isə tezliklə sağalmaları arzulanıb. Silahlı terrorçular İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətinin paytaxtı Zaxidan şəhərindəki vilayət məhkəməsinə hücum ediblər. Hücum nəticəsində altı nəfər həlak olub, azı 22 nəfər yaralanıb.

Hadisədən sonra İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İravani BMT Təhlükəsizlik Şurasını Zaxidanda baş vermiş terror aktını açıq şəkildə qınamağa və terrorizmin bütün formalarına qarşı qəti mövqe tutmağa çağırıb.

Seçilən
3
Ajans.az

1Mənbələr