AZ

Rumıniyada daşqınlar nəticəsində 3 nəfər ölüb


Rumıniyada son günlər yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 3 nəfərin öldüyü bildirilir.
Rumıniya milli mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-şərqində həftə sonu başlayan və dünən də davam edən leysan yağışları daşqınlara səbəb olub.

Daşqınlar səbəbindən yüzlərlə insan evlərindən təxliyə edilib, ən azı 3 nəfər həyatını itirib.

Xilasetmə qrupları ən çox zərər çəkmiş Neamt və Suceava əyalətlərinə yerləşdirilib. Təkcə Neamtda 890 nəfərin təxliyə edildiyi bildirilir.

Xəbərdə həmçinin leysan suları nəticəsində dağılan avtomobillərin və digər dağıntıların və çoxlu sayda evin zədələndiyinin görüntüləri də göstərilib.

Polşada 3000-ə yaxın daşqın çağırışına cavab verilib
Polşanın ictimai yayımı olan TVP World telekanalının məlumatına görə, leysan yağışlar ölkə boyu daşqınlara səbəb olub.

Polşanın daxili işlər naziri Marçin Kiervinski bildirib ki, dünən ölkə daxilində təxminən 3000 daşqın çağırışı edilib.

Şimaldakı Elblag şəhərində Kumiela çayının daşmasından bir gecədə küçələr su altında qalıb və bəzi ərazilərə giriş mümkünsüz olub.

Tolkmiko şəhərində küçələrdə suyun səviyyəsi 1,5 metrə çatıb, limanın yaxınlığındakı bir çox ev su altında qalıb.

Son 24 saat ərzində ölkə üzrə 400-dən çox sərnişin qatarı ləngiyib.

Bu arada, son günlər Çexiya və Slovakiyada yağıntıların artması səbəbindən çaylarda suyun səviyyəsi yüksəlib.

İtaliyanın mərkəzindəki San Benedetto del Trontoda güclü yağışlar səbəbindən daşqınlar baş verib.

Sosial mediada paylaşılan görüntülərdə güclü yağış səbəbindən yeraltı keçidlərin su ilə dolduğu və bir çox avtomobilin yolda qaldığı görünür. Sahil Mühafizəsi X platformasındakı yazıda qeyd edib ki, sürücülər dalğıcların və qayıqların köməyi ilə xilas edilib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
1
aia.az

1Mənbələr