Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrdə müqavilə ilə xidmət üçün maksimum yaş həddinin artırılması haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu haqda sənəd Ali Radanın saytında yerləşdirilib.
Bildirilir ki, iyulun ortalarında respublika parlamenti müvafiq qanunu ikinci oxunuşda 306 səslə qəbul edib. Bu, artıq 60 yaşı tamam olmuş şəxslərə hərbi xidmət keçmək üçün müqavilə bağlamağa imkan verəcək.
Deputatların fikrincə, qanunun mətnində müqaviləli xidmətə namizədlərin kim tərəfindən təsdiq ediləcəyi aydın şəkildə göstərilməyib və bu, sui-istifadələrə səbəb ola bilər. Ukrayna rəsmiləri qanunun qüvvəyə minməsindən sonra üç ay ərzində qəbul ediləcək əsasnamələrdə müvafiq prosedurları müəyyən etməyi planlaşdırır.