AZ

BVF 2025-2026-cı illər üzrə qlobal iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) cari il üzrə qlobal iqtisadiartım tempinə dair proqnozunu 0,2 faiz bəndi artıraraq, 3%-ə,2026-cı il üçün isə 0,1 faiz bəndi artıraraq, 3,1%-ə yüksəldib.

Trend xəbər verirki, bu barədə fondun iyul ayı üzrə yenilənmiş “Qlobal İqtisadiPerspektivlər” adlı hesabatında bildirilir.

Hesabatda qeyd olunduğuna görə, apreldə dərc edilmiş əvvəlkiqiymətləndirmələrin yenidən nəzərdən keçirilməsi, xüsusilə də birsıra istehsalçıların “rüsumların artırılacağı gözləntisi ilə”tədarükləri artırmaq üçün atdığı addımlar və ABŞ-də gömrükrüsumlarının apreldə elan ediləndən orta hesabla daha aşağı olmasıilə əlaqədardır.

Bundan əlavə, artımın səbəbləri arasında “dolların zəifləməsi vəbir sıra ölkələrdə tətbiq olunan fiskal stimullaşdırıcı tədbirlərdə daxil olmaqla, maliyyə şərtlərinin yaxşılaşması” göstərilir.

Sənəddə vurğulanır ki, “Gömrük rüsumlarının artırılması qlobaliqtisadi artımın ləngiməsinə səbəb ola bilər”.

Fondun mütəxəssisləri hesab edirlər ki, əgər ABŞ bir sıraölkələrlə uzunmüddətli ticarət razılaşmalarına nail ola bilməzsə,bu, dünya üzrə iqtisadi fəallığa mənfi təsir göstərə bilər.

Fondun məlumatına əsasən, “geosiyasi gərginliklər qlobal tədarükzəncirlərini poza və xammal qiymətlərinin artmasına səbəb olabilər”.

Seçilən
10
az.trend.az

1Mənbələr