AZ

Azərbaycanın enerji siyasətində son dəyişikliklər necə qiymətləndirilir?

Neft ixracının artması ölkə iqtisadiyyatına necə təsir edir?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova bildirib ki,
Azərbaycanın enerji siyasətindəki son addımla iqtisadi baxımdan həm perspektivli həm də səmərəli hesab olunur.

Ekspertin sözlərinə görə, ilk növbədə beynəlxalq arenada nüfuzun daha da artması, ixracatda tərəfdaş ölkələrin sayının artması və həmçinin gələn gəlirlərin artması iqtisadi baxımdan faydalıdır.

“Neft ixracının ölkə iqtisadiyyatında təsirlərinə qaldıqda isə iqtisadi baxımdan səmərəlidir. İxracdan gələn gəlirlərin artması, digər sahələrə daha çox yatırım olması və s. baxımdan əhəmiyyətlidir. Məsələnin əsas və görünməyən tərəfləri isə ondan ibarətdir. Nə qədər ki neftdən gələn gəlir hesabına digər sahələr inkişaf edir, bir o qədər də faydasızdır. İlk növbədə onu qeyd edim ki, təbii sərvətlər tükənəndir. Bununla belə, alternativ enerji mənbələri yarandığı üçün bir gün neftə ehtiyac olmazsa, onun 1 barel 50 dolların altına düşsə, o zaman ölkə iqtisadiyyatını çətin vəziyyət gözləyə bilər. Bu gün neft qiymətlərinin yüksəlməsi hal-hazırki dövr üçün faydalı görünə bilər. Qeyri-neft sektoruna yatırılan vəsait neftdən gələn gəlir hesabına təkmilləşməsini düzgün hesab etmirəm. Netfdən gələn gəlir hesabına maliyələşmə həm sahəni inkişaf etdirmək, həm də potensial işçi qüvvəsini arxayın edir. Onun üçün də hesab edirəm ki, qeyri-neft sektorunun müəyyən hissəsi özəlləşsin və ya öz vəsaiti hesabına təkmilləşsin”.

Dəniz Pənahova

Seçilən
3
1
tribunainfo.az

2Mənbələr