AZ

ABŞ-də şagirdlərə nüvə enerjisi dərsi tədris ediləcək

ABŞ-nin Tennessee ştatında 2025–2026-cı tədris ilindən etibarən ibtidai sinif şagirdləri üçün nüvə enerjisinə dair yeni tədris proqramı tətbiq olunacaq. “Powering Our Town” adlı bu proqram ölkədə K-2 səviyyəsində (yəni 1–3-cü siniflər) hazırlanmış ilk nüvə enerjisi dərsi hesab olunur.

AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, proqramın məqsədi şagirdlərə enerji, enerji istehsalı və istifadəsi kimi anlayışları onların yaş səviyyəsinə uyğun, sadə və interaktiv üsullarla öyrətməkdir. Layihə Tennessee Universiteti, ORNL (Oak Ridge National Laboratory), TVA (Tennessee Valley Authority) və digər sənaye tərəfdaşlarının iştirakı ilə həyata keçirilir.

Yeni model çərçivəsində müəllimlər üçün xüsusi təlimlər keçirilir. Təlimlərdə onlar uşaqlara elm və texnologiya sahəsində əsas anlayışları əyləncəli üsullarla çatdırmaq bacarığını qazanırlar. Proqramın müəllifləri hesab edir ki, bu təşəbbüs gələcəkdə enerji sahəsində daha məlumatlı və maraqlı bir nəsil formalaşdırmağa kömək edəcək.

Hazırda proqram ilkin olaraq Tennessee ştatında tətbiq olunsa da, uğurlu nəticə verdiyi təqdirdə ABŞ-nin digər ştatlarında da genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
15
azedu.az

1Mənbələr