AZ

Azərbaycanda klub bu qədər pul istəyir - Ver və get!

"Sabah"ın qapıçısı Yusif İmanov bir müddət əvvəl klubu ilə müqaviləsini birtərəfli qaydada pozduğunu açıqlayıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən İmanov bu addımı klubun ona qarşı olan münasibəti və s. məqamlarla əlaqələndirib.

Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün futbolçunun vəkili Elcan Həsənli ilə əlaqə saxladıq.

Sportinfo.az xəbər verir ki, sportal.az-a danışan hüquqşünas prosesin detalları barədə məlumat verdi:

"Sabah" Yusif İmanovdan 53 min manat kompensasiya tələb edib. Bu, futbolçunun qarşıdakı mövsüm "Sabah"dan almalı olduğu maaşın məbləği qədərindədir.

Biz də qarşı tərəf olaraq, onlardan eyni məbləği ödəməsini tələb edirik. Yəni, hər iki tərəfin tələbləri var.

Belə görünür ki, proses hələ davam edəcək və bu müddətdə Yusifin başqa klubla anlaşmasına heç bir əngəl yoxdur".

Məsələyə ilkin mərhələdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılacaq.

Daha sonra AFFA Arbitraj Tribunalına müraciət oluna bilər. Əgər qərar tərəfləri qane etməsə, son instansiya CAS (İdman Arbitraj Məhkəməsi) olacaq.

Seçilən
1
sportinfo.az

1Mənbələr