ain.az, Fanat portalına istinadən məlumat verir.
Portuqaliyalı hücumçu Joau Feliksin yeni iş yeri rəsmən bəlli olub.
Fanat.Az xəbər verir ki, 25 yaşlı forvard Səudiyyə Ərəbistanının “Əl-Nəsr” ilə müqavilə imzalayıb.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Daha öncə tanınmış insayder Fabritsio Romano Feliksin Ər-Riyad təmsilçisi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atacağını bəyan etmişdi.
Müqavilə ilə "Çelsi"yə məxsus olan Feliks ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirmişdi. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.