AZ

TƏCİLİ! Hərbi xidmətlə bağlı VACİB XƏBƏR

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər. Bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı və ümumilikdə möhlət hüquqi ilə bağlı hansı yeniliklərə ehtiyac var?




Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Referans- a açıqlamasında bildirib ki, hərbi ekspert  qeyd edib ki, təhsil müəssələrində təhsil alan və bu təhsil müəssələrinə daxil olana qədər tam orta təhsil almayan çağırışçılar üçün 20 yaşına qədər müddətli hərbi xidmətdən çağırışdan möhlət hüququnun verilməsi özündə bir neçə məqsədləri birləşdirir. İlk növbədə peşə təhsilinin təşviq edilməsi məqsədini daşıyır. Yəni işsizlik probleminin aradan qaldırılması üçün peşə təhsili müəssələrində təhsilin yarımçıq qalmaması.


Daha sonra müsahibimiz vurğulayıb ki, vətəndaşlarımızın peşə təhsilinə yiyələnməsi ikinci məqsəd olaraq görülür. Nəticə etibarilə isə bu ali təhsil alan şəxslərə də möhlət hüququnun verilməsi eyni qayda ilə gedir. Azərbaycan Respublikasında isə bu qərarların verilməsi bakalavr və yaxud da magistr təhsili alan şəxslərə böyük hüquqların verilməsidir.


Hərbi ekspert bildirib ki, hazırda isə digər yeniliklərə ehtiyac yoxdur. Hərbi xidmətə çağırış yaşınında dəyişdirilməsi hələlik müzakirə mövzusu deyil. Belə bir məsələ nə güc strukturları nə də hərbi xidmətə çağırışı həyata keçirən qurumlarımız tərəfindən müzakirə edilmir.


"Peşə təhsili alan gənclərin hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququnun verilməsi, həmin gənclərin təhsilinin yarımçıq qalmaması məqsədilə atılan addımdır. Ümumilikdə isə Azərbaycanda hərbi xidmətə çağırış yaşı ilə və möhlət hüququ ilə bağlı digər yeniliklərə ciddi bir ehtiyac yoxdur", - deyə ekspert əlavə edib.


Hüseyn Məmmədov

Ləman Xalıqova

Referans





Məmmədov Hüseyn Referans.az  

Seçilən
12
referans.az

1Mənbələr