ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qan xərçəngi xərçəngin ən çox rast gəlinən beşinci növüdür.
Lent.az-ın xarici mediaya istinadən məlıumatına görə, hər il təxminən 41 min nəfərə bu diaqnoz qoyulur.
Qan xərçənginin üç əsas tipi var:
Leykoz (leukemiya)
Limfoma
Mieloma
Bu növlərin də öz daxilində müxtəlif formaları olur. Buna görə də simptomlar fərqli ola bilər, lakin bəzi ümumi əlamətlər mövcuddur.
Qan xərçənginin ən ümumi və gizli əlaməti
Bütün qan xərçəngi növlərində ortaq olan əsas əlamət, daimi yorğunluq hissidir.
Bu yorğunluq:
Yuxudan sonra belə keçmir
İnsanı həm fiziki, həm də zehni olaraq tükəndirir
Əksər hallarda qanazlığı (anemiya) ilə bağlıdır
Mieloma zamanı əlavə olaraq sümük ağrıları və ürəkbulanma müşahidə edilə bilər
Qan xərçənginin digər mümkün əlamətləri
Səbəbsiz çəki itkisi
Göyərmələr və ya qanaxmalar
Bədəndə şişkinliklər və düyünlər
Nəfəs darlığı
Güclü gecə tərləmələri
Təkrarlayan və davamlı infeksiyalar
Yüksək hərarət (38°C və yuxarı)
Səbəbsiz dəridə səpgilər və ya qaşıntılar
Sümük, oynaqlar və ya qarın ağrıları
Dərinin solğunlaşması
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.