AZ

Beşiktaşlı ulduzdan ayrılıq qərarı: Mənə klub tapın

Yenisabah saytından verilən məlumata görə, ain.az xəbər verir.

Beşiktaşda yeni mövsüm öncəsi gözlənilməz ayrılıq xəbəri gəlib.

Yenisabah.az xəbər verir ki, komandanın tanınmış futbolçusu Valentin Rosier rəhbərliyə ayrılmaq istədiyini bildirib.

Türkiyə mətbuatında yer alan məlumata görə, Rosier klub rəhbərliyinə “Mənə yeni klub tapın” mesajı göndərib. Müdafiəçi artıq "qara-ağlar"ın planlarında yer almaq istəmədiyini açıq şəkildə ifadə edib. Marqarita pizza

Rosierin bu qərarı komandada yeni mövsüm üçün qurulan heyət planlamasına da təsir edib. Beşiktaş rəhbərliyinin futbolçunun bu istəyinə müsbət yanaşdığı və ona uyğun təkliflərin qiymətləndiriləcəyi bildirilir.

Xatırladaq ki, Valentin Rosier 2020-ci ildən Beşiktaşda çıxış edir. Performansı ilə bir müddət azarkeşlərin rəğbətini qazanan futbolçu son mövsümlərdə gözləntiləri tam olaraq qarşılamayıb.

Klubun yaxın günlərdə Rosierin taleyi ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.

Aytac Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
yenisabah.az

2Mənbələr