AZ

Helikopter qəzasıya uğradı - Hissələri çayda tapıldı

Almaniyanın Saksoniya əyalətinin Qrimma şəhəri yaxınlığında alman ordusuna aid olduğu iddia edilən helikopterin qəzaya uğradığı bildirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mulde çayında qəzaya uğrayan helikopterin hissələri tapılıb.

Axtarış-xilasetmə qrupları dərhal hadisə yerinə göndərilib. Onlar helikopterin qalıqlarını çıxarmağa və itkin düşən ekipajı tapmağa çalışıblar.

Hadisə yerindən külli miqdarda yanacaq sızdığı və helikopterin qalıqlarının çayın ortasında və çətin əldə edilən ərazilərdə olduğu bildirilir.

Almaniyanın DPA xəbər agentliyi, Leypsiq polisinin məlumatına istinadən, qəzaya uğrayan helikopterin Almaniya ordusuna aid olduğunu açıqlayıb. Hazırda hadisə yerində hərbi qadağa zonasının yaradıldığı bildirilib.

Seçilən
11
manset.az

1Mənbələr