AZ

Keçmiş prezident rüşvət verib

Kolumbiyada 2002–2010-cu illər arasında prezident vəzifəsində çalışmış Alvaro Uribe məhkəmədə təsirli bilinib. 

İttihama görə, o, şahidə rüşvət təklif edərək ifadəsini dəyişməyə məcbur etməyə çalışıb.

"Cebheinfo.az" xəbər verir ki, məhkəmə Uribenin həbsdə olan şahid Juan Guillermo Monsalveyə rüşvət təklif etdiyi və onun ifadəsini dəyişməyə çalışdığını təsdiqlədiyini açıqlayıb.  Uribenin 12 ilə qədər həbs cəzası ilə üzləşə biləcəyi, lakin bu qərardan apellyasiya şikayəti vermək hüququnun olduğu qeyd olunub.

Keçmiş paramilitar döyüşçü olan Monsalve Uribenin silahlı qruplarla əlaqəsi olduğuna dair ifadə verib. Daha sonra o, Uribenin vəkilləri tərəfindən ifadəsini dəyişməsi üçün təzyiqə məruz qaldığını iddia edib.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr