AZ

Norveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Norveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə diplomatik idarədən məlumat verilib.

Bildirilib ki, Rusiya şirkətlərinin balıqçı gəmilərinə qoyulan məhdudiyyətlər səbəbindən Norveçin müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.

“Oslonun məsuliyyətsiz hərəkətləri Şimali Atlantikada dəniz bioresurslarının gələcək səmərəli istismarını təhlükə altına qoyur”, – Rusiya XİN-dən qeyd ediblər.

Qurumdan bildirilib ki, əgər Norveç 1976-cı il sazişinin icrasına qayıtmağa hazır olmasa, Rusiya yerli balıqçılığın müdafiəsi üçün tədbirlər görəcək.

Seçilən
47
3
interpress.az

10Mənbələr