Honq Konq dövlət televiziyasında yayımlanan sənədli filmdə dünya şöhrətli aktyor və döyüş ustası Brüs Linin 52 ildən sonra ölümünün əsl səbəbi məlum olub.
Publika.az xəbər verir ki, məlumata görə, San-Fransiskoda doğulmuş, lakin əslən Honq-Konqdan olan aktyorun ölümünün əsl səbəbi yaratdığı super qəhrəman əfsanəsini qorumaq üçün gizli saxlanılıb.
İddialara görə, Brüs Linin ölümünün əsl səbəbi epilepsiyadır. Tibbi rəyə görə, güclü psixoloji stress və həddindən artıq yorğunluq epileptik tutmaya səbəb ola bilər. Brüs Linin özündən yüksək gözləntiləri onun vəziyyətini daha da ağırlaşdırmış ola bilər.
Ehtimal olunur ki, onun qəhrəman obrazını qorumaq üçün ölümü epilepsiya ilə əlaqələndirilməkdən imtina olunub.