
Əlcəzairdə kriptovalyutaları qadağan edən qanun qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Algerie360” portalı məlumat yayıb.
Bildirilib ki, belə bir qanunun qəbul edilməsinə səbəb çirkli pulların yuyulması və terror təşkilatlarının maliyyələşdirilməsi ilə mübarizə olub. İndi Əlcəzair istənilən növ virtual aktivlərin buraxılmasını, onların alınmasını, satışı və ya sahibliyini qadağan edir. Kriptovalyutalar həmçinin ödəniş və ya investisiya vasitəsi kimi istifadə edilə bilməz.
Kriptovalyuta mübadiləsi platformalarının və ya əlaqəli elektron pul kisələrinin fəaliyyəti və yaradılması da qanundan kənarlaşdırılıb. Bundan əlavə, kriptovalyutaların istənilən reklamı qadağan edilib.