AZ

Bu ölkənin prezidenti ABŞ yə buraxılmadı

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

ABŞ Tayvan prezidenti Lay Tsindenin Mərkəzi Amerikaya səfəri zamanı Nyu-Yorkda dayanmaq üçün icazə verməyib.

Bakupost.az “Finincial Times” nəşrinə istinadən xəbər verir ki, bu qərarın Çin tərəfinin Vaşinqtona etdiyi etirazlarla əlaqəli olduğu bildirilir.

Lay Tsinde avqust ayında Paraqvay, Qvatemala və Belize kimi Tayvanı dövlət kimi tanıyan ölkələrə səfər edərkən ABŞ ərazisindən keçməyi planlaşdırırdı. Lakin üç mənbənin məlumatına görə, ABŞ ona Nyu-Yorkda dayanmaq icazəsi verməyib.

Layın ofisi bazar ertəsi açıqlama yayıb ki, yaxın gələcəkdə xaricə səfər etməyi planlaşdırmır. Bunun səbəbi Tayvanda baş verən qasırğadan sonra bərpa işləri ilə məşğul olması və Taypey ilə Vaşinqton arasında tarif məsələlərinin müzakirə edilməsidir. Lakin mənbələr bildirir ki, səfərdən imtina qərarı Nyu-Yorkda dayanmaq icazəsinin verilməyəcəyi xəbərini aldıqdan sonra qəbul olunub.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
www.bakupost.az

1Mənbələr