AZ

Yunanlı nazirin Türkiyə qorxusu! Sözləri ölkədə gündəm oldu

Yunanıstanın müdafiə naziri Nikos Dendias parlamentdə çıxışı zamanı Türkiyənin müdafiə sənayesindəki yüksəlişinə diqqət çəkib.

Turkustan.az xəbər verir ki,Türkiyəni "əsas və artan təhlükə" kimi xarakterizə edən Dendiasın parlament kürsüsündən verdiyi açıqlamalar həm parlamentdə, həm də ictimaiyyətdə böyük rezonans doğurub.

Dendias çıxışında Türkiyənin təkcə hərbi qüdrətini artırmadığını, həm də bölgədə daha qətiyyətli və tələbkar bir aktyora çevrildiyini bildirib. “Hörmətli həmkarlarım, sizə dərin narahatlığımı bildirirəm” deyən Dendias, deputatlara müraciət edərək dedi: “Daim böyüyən və son dərəcə iddialı qonşumuzu dayandırmaq üçün mümkün qədər tez, sabah yox, dünən vasitə yaratmalıyıq. Təxminən 10 il əvvəl belə deyildi, amma bu gün ciddi və artan təhlükə var”.

Yunanıstanın Egey dənizindəki hərbi gücü ilə bağlı əhəmiyyətli açıqlamalar verən Dendias adaları eyni vaxtda müdafiə edə bilməyəcəyindən narahat olan Afina hökumətinin "Gündəm 2030" müdafiə strategiyasını işə saldığını açıqladı. O, Türkiyənin müdafiə sənayesindəki inkişafın bu strategiyanın əsasını təşkil etdiyini bildirib. Dendiasın diqqətçəkən açıqlamalarından biri də Ege dənizində xidmət edən dənizçilərin nisbətinin 5 faizdən az olduğunu etiraf etməsi olub. Bunun Yunan ordusunun dəniz qüdrətində ciddi zəifliyi ortaya çıxardığı hesab edilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
1
turkustan.az

2Mənbələr