AZ

Almaniyada helikopter qəzaya uğrayıb

Saksoniyada (Almaniya) hərbi helikopter qəzaya uğrayıb. Hazırda təyyarənin pilotunun axtarışları davam etdirilir.

Bu barədə Bild qəzeti məlumat yayıb .

"Çərşənbə axşamı günü Qrimma yaxınlığında Holzern və Trebsen arasında vertolyot qəzaya uğradı", - nəşr yazır.

Hadisə şahidlərinin sözlərinə görə, helikopterin qalıqları Mulde çayındadır. Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və dalğıclar göndərilib.

Seçilən
33
20
aznews.az

10Mənbələr