“Beşiktaş” “Benfika”dan yarımmüdafiəçi Gedson Fernandesin 50 faiz hüququnu aldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə klubunun saytı xəbər yayıb. “Beşiktaş” 26 yaşlı portuqaliyalıya hüquqların yarısı üçün 10 milyon avro ödəyib.
Daha əvvəl Fernandesin “Spartak”a keçməyə yaxın olduğu bildirilirdi. Ötən mövsüm Fernandes “Beşiktaş”ın heyətində 49 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı 26 yaşlı futbolçunun dəyərini 18 milyon avro qiymətləndirib.