AZ

Boyun niyə ağrıyır?– 5 əsas səbəb


Boyun ağrısı bu gün dünyada əlilliyə səbəb olan ən geniş yayılmış problemlərdən biridir.

Bəzən bu ağrılar bir neçə ay ərzində öz-özünə keçsə də, xəstələrin yarıdan çoxu təkrar-təkrar bu əziyyəti yaşamağa davam edir.



“Medicina” xəbər verir ki, Hertfordşir Universitetinin fiziki reabilitasiya üzrə mütəxəssisi Kristian Uorsfold boyun ağrısının 5 əsas səbəbini araşdırmalar əsasında açıqlayıb.

1. Pis yuxu və yorğunluq

Elmi tədqiqatlar göstərir ki, boyun ağrısından şikayətlənənlərin əksəriyyəti kifayət qədər yatmır və ya keyfiyyətsiz yuxu alır. Yorğunluq və yuxu pozuntuları boyun əzələlərində gərginliyin artmasına səbəb olur.

2. Psixoloji gərginlik və stress

Boyun ağrısı olan insanlar arasında emosional vəziyyəti zəif, stress səviyyəsi isə yüksək olanların sayı çoxdur. Depressiv əhval-ruhiyyə və iş gərginliyi boyun əzələlərində uzunmüddətli gərginlik yaradır.

3. Az hərəkətlilik və passiv həyat tərzi

Hərəkətsiz həyat tərzi, kompüter qarşısında uzun müddət oturmaq və idmandan uzaq qalmaq boyun ağrısının əsas səbəblərindən biridir. Ekspertlər hər gün sadə gəzinti və fiziki aktivliyin artırılmasını tövsiyə edir.

4. Gərgin əzələlər və əvvəlcədən başlayan simptomlar

Boyun ağrısından əvvəl çox zaman əzələ gərginliyi, baş ağrısı, qarın ağrısı və pis əhval-ruhiyyə kimi əlamətlər müşahidə olunur. Bu, xüsusilə uşaqlarda və yeniyetmələrdə aparılan araşdırmalarda sübut olunub.

5. Mükəmməl duruşun o qədər də əhəmiyyəti yoxdur

Əvvəllər düşünülürdü ki, düzgün duruş boyun ağrısının qarşısını alır. Lakin yeni elmi araşdırmalar bu fikri təkzib edir. 1200 yeniyetmə üzərində aparılan bir araşdırma duruşla boyun ağrısı arasında əlaqənin zəif olduğunu ortaya qoyub. Əslində duruş daha çox əhval-ruhiyyə ilə bağlıdır.

Kristian Uorsfold bildirir ki, bahalı ortopedik kreslo, masa və klaviatura almaq əvəzinə, gündəlik həyat rejiminizə diqqət yetirin:

“Yuxunuzu yaxşılaşdırın, stressi azaldın və fiziki hərəkətliliyinizi artırın.”

Həmçinin, kompüter qarşısında uzun müddət eyni vəziyyətdə qalmamaq, vaxtaşırı mövqeni dəyişmək və fasilələr vermək boyun ağrılarının qarşısını almaqda daha effektivdir.

Aygün Musayeva

Seçilən
16
2
medicina.az

3Mənbələr