Çin doğum nisbətlərini artırmaq üçün 3 yaşından kiçik uşaqlara maliyyə dəstəyi verəcək
Çin elan etdi ki, ailələr ölkə miqyasında doğum nisbətlərini artırmaq üçün 3 yaşından kiçik hər uşaq üçün illik 3600 yuan (təxminən 500 dollar) müavinət alacaqlar.Çin hökumətinin internet saytında yer alan açıqlamaya görə, bu il ölkədə doğum göstəricilərinin artırılması üçün yeni təşviq proqramı işə salınacaq.
Açıqlamada 3 yaşından kiçik uşağı olan ailələrin hər uşaq üçün illik 3600 yuan (təxminən 500 dollar) yardım alacağı bildirilib.
Proqramdan hər il 20 milyondan çox ailə faydalanacağı gözlənilir.
Çin əhalisinin 2022-ci ildə başlayan azalma tendensiyası son üç ildə də davam edib.
Milli Statistika Bürosunun (NBS) yanvar ayında dərc etdiyi məlumatlara görə, 2023-cü ildə 1,4 milyard olan Çin materik əhalisi 2024-cü ildə 1,4 milyarda qədər azalıb.
1980-ci illərdən ölkədə həyata keçirilən “bir uşaq” siyasəti 2016-cı ildə ləğv edilib, iki uşağa, 2021-ci ildə isə üç uşağa icazə verilib.Lakin iqtisadi inkişafın ləngiməsi və uşaqların yaşayış və tərbiyəsi xərclərinin artması səbəbindən gənc nəsillər ailə qurmaq və uşaq sahibi olmaqda tərəddüd edir.