Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə dünya iqtisadiyyatının artım proqnozunu 3 %, 2026-cı ildə isə 3,1 % səviyyəsinə yüksəldib ki, bu da aprel qiymətləndirmələrindən müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi çoxdur.
“Report” xəbər verir ki, bu göstəricilər IMF-in "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, proqnozun yüksəldilməsi rüsumların artırılması gözləntisi fonunda iqtisadi aktivliyin daha erkən dövrə keçirilməsini, ABŞ-nin gözlənildiyindən daha aşağı, orta effektli tariflərini, maliyyə şəraitinin yaxşılaşmasını və bunun həm də dolların zəifləməsi səbəbindən baş verməsini, eləcə də bir sıra böyük iqtisadiyyatlarda büdcə stimullaşdırılmasını əks etdirir.