AZ

Luandada nümayişlər iğtişaşlara çevrildi - 4 nəfər öldü, 500 nəfər saxlanıldı

Anqolanın paytaxtı Luandada yanacağın bahalaşmasına qarşı keçirilən nümayişlər genişmiqyaslı iğtişaşlara səbəb olub.

Teleqraf xəbər verir ki, yerli "Jornal de Angola" qəzetinin məlumatına görə, etirazlar nəticəsində ən azı 4 nəfər həlak olub, 500 nəfər isə vandalizm aktlarında iştirak etdiklərinə görə saxlanılıb.

İğtişaşlar zamanı 45 mağaza talan edilib, bir sıra bank və ofis binalarına, eləcə də ictimai nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Paytaxtın mərkəzi küçələrində asayişin pozulması fonunda polis və təhlükəsizlik qüvvələri havaya atəş açaraq vəziyyətə nəzarət etməyə çalışıb.

Seçilən
6
2
sherg.az

3Mənbələr