AZ

Rusiya Ukraynada həbsxanaya zərbəsi endirdi 17 ölü, 42 yaralı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Ukraynanın cənub-şərqində, cəbhə xəttinə yaxın ərazidə yerləşən həbsxanaya Rusiya tərəfindən endirilən hava zərbəsi nəticəsində 17 nəfər həlak olub, 42 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbə gecə saatlarında Zaporojye vilayətində baş verib və ətrafdakı evlərə də ziyan dəyib.

Vilayət rəhbəri İvan Fedorovun sözlərinə görə, Rusiya qüvvələri hava bombaları ilə səkkiz zərbə endirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu hücumunu pisləyib və Moskvanı ukraynalıları qətlə yetirməklə ittiham edib.

Qeyd edək ki, Zaporojye vilayəti 2022-ci ildən bəri Rusiya tərəfindən ilhaq edilsə də, bölgənin böyük hissəsi Ukraynanın nəzarətində qalır.

Ləman İlkin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
525.az

1Mənbələr