AZ

Emin Əmrullayev Oğuzda vətəndaşların müraciətlərini dinləyib

Yazını böyüt
Yazını kiçilt

İyulun 29-da elm və təhsil naziri Emin Əmrullayev Oğuz şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Elm və Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, tələbə köçürülməsi, xarici təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Seçilən
22
5
hafta.az

10Mənbələr