AZ

Gənclərimiz dünyanın elmi mərkəzlərinə, universitetlərinə doktorantura təhsili almağa göndərilirlər

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Webometrics süni intellekt proqramı yenidən dünya universitetlərin 2025-ci il üçün ikinci reytinq cədvəlini elan edib. Reytinq sistemində dünyanın 30 min universiteti iştirak edib. Azərbaycan universitetləri arasında birinci yeri sabit olaraq İqtisad univesiteti tutmuşdur. 2020-ci ildə bu universitet dünya üzrə 6050-ci yeri tuturdu, cəmi beş il sonra 1537-ci yeri tutub. BMU-ən çox irəliləyən universitet adını qazanıb. Keçən dövr reytinqində 5649-cu yerdə idisə, bu hesabatda 3001 dünya universitetini arxada qoyaraq, 2648-ci yerə, ölkə üzrə isə 6-cı yerə yüksəlib. Qərbi Kaspiya universiteti ilk dəfə olaraq ölkə üzrə birinci onluğa düşüb.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinin dünya reytinqində irəliləməsini əks etdirən cədvəllə tanışdır.

İlqar Orucov

“Dünyada müxtəlif universitetlərin reytinqlərini müəyyənləşdirən müxtəlif qurumlar var. Baxmayaraq ki, bütövlükdə onların ayrı- ayrı kateqoriyalar üzrə universitet reytinqlərini müəyyənləşdirirlər, bu qurumlara münasibət əslində birmənalı deyil.

Amma bizim universitetlərin dünya universitet reytinqlərində irəliləməsi, müsbət tendensiyadır və son illərdə bu istiqamətdə Azərbaycanda irəliyə doğru universitetlərimizin mövqe qazanması təqdirə layiqdir.

Amma universitetləri müəyyənləşdirən qurumların, təbii ki, bəzilərinin özlərinin də maraqları var və ekspertlərin də fikirləri birmənalı deyil. Bəziləri qeyd edir ki, bu reytinqləri müəyyənləşdirən qurumlar əslində maliyyə qazanmaq məqsədi daşıyırlar. Amma bütün hallarda mən o tərəfinə toxunmaq istəmirəm. Universitetlərimizin dünya reytinqində irəliləməsi müsbət haldır”-deyən alim qeyd edib ki, universitetlərimizin rəqabət qabiliyyətliliyinin artırılması ilə bağlı ölkənin ali siyasi rəhbərliyi səviyyəsində xeyli işlər görülüb.

İlqar Orucov bildirib ki, gənclərimiz dünyanın elmi mərkəzlərinə, universitetlərinə doktorantura təhsili almağa göndərilirlər və bütün bunların hədəfində universitetlərimizin inkişafı, inkişaf etdirilməsi dayanır. Ekspert hesab edir ki, universitetlərin həmin reytinqlərdə yer alması üçün müəyyən tələblər var və universitetlərimiz o tələbləri qarşılamaq üçün çalışırlar.

“Universitetlərimizin adının dünya reytinqində yer alması Azərbaycan adına olan hadisədir. Baxmayaraq ki, münasibət birmənalı deyil, amma əsas odur ki, bizim universitetlərimizin inkişafı istiqamətində işlər görülür və görülən işlərin nəticəsidir ki, müxtəlif fərqli reytinqlərdə universitetlərimiz yer alır”-deyə İlqar Orucov bildirib.

Alimi bir sual da maraqlandırır: Bütün bunlar hansı parametrlər üzrə müəyyənləşdirilir?

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
bizimyol.info

1Mənbələr