Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünyanın aparıcı ticarət, logistika və dənizçilik şirkətlərindən olan “Abu Dhabi Ports Group”un nümayəndələri ilə görüş keçirib.
Bu barədə FED.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.