AZ

Putinin gözətçiləri dronla gəzirlər? | VİDEO

AzVision.az xəbər verir ki, bu video-materialı iyulun 28-də radiotexnika və pilotsuz uçuş aparatları üzrə ukraynalı ekspert Sergey Beskrestnov öz Telegram-kanalında yayıb.

Video-materialda arxa planda Vladimir Putinin Rusiyanın Müdafiə naziri Andrey Belousovun müşayiəti ilə parad geyimli hərbi zabitlərlə əl sıxması göstərilir. Bu arada, ön planda, prezidentdən bir neçə metr aralıda, işgüzar kostyumunda, əlində qismən qabında gizlədilmiş yaşıl pilotsuz təyyarə tutan bir adam nəzərə çarpır.

“Agentlik” internet nəşrinin ehtimalına görə,video-material mayın 9-da keçirilən Qələbə paradından sonra çəkilib və həmin şəxsin əlindəki “Yolka”dronuna bənzər obyektdirr. Bu cür PUA-lar, xüsusən də “Baba-Yaqa” pilotsuz təyyarələrini məhv etmək üçün istifadə olunur. Əvvəllər Putinin iştirakı ilə keçirilən tədbirlərdə onun ətrafındakı insanlarda belə cihazlara rast gəlinmirdi.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr