“Azərbaycan Hüquqşünasları Konfederasiyası”İctimai Birliyinin sədri Sima Yaqubova və “Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Kəmalə Məmmədova Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü seçiliblər.
Məlumat üçün bildirək ki, Kamalə Məmmədova “İNJURİA” hüquq platformasının rəhbəri və təsisçisi, İNJURİA hüquq jurnalının təsisçisi və baş redaktorudur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü və Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova isə aktiv hüquq fəaliyyəti ilə məşğul olur.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai Şura miqrasiya sahəsinə dair məsələlərin müzakirə olunması, müvafiq təkliflərin hazırlanması, qanun layihələrinin təkmilləşdirilməsi, ictimai rəyin öyrənilməsi və Xidmətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, İctimai Şuranın səlahiyyət müddəti iki ildir.