AZ

Azərbaycan xaricdən darçın alır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsullardan biri də doğranmamış və döyülməmiş darçındır.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında ölkəyə ümumilikdə 5 ton darçın idxal olunub. Bu idxal üçün 25,66 min ABŞ dolları və ya təxminən 43,62 min manat vəsait sərf edilib.
Məhsul əsasən İndoneziya və Vyetnamdan gətirilib.

İndoneziyadan idxal olunan 3 ton darçın üçün 16,46 min dollar (təxminən 27,98 min manat) ödənilib. Beləliklə, bu partiyanın 1 kiloqramı 5,49 dollara, yəni təxminən 9,33 manata başa gəlib.

Vyetnamdan gətirilən 2 ton darçın üçün isə 9,2 min dollar (təxminən 15,64 min manat) xərclənib. Buradan idxal edilən darçının 1 kiloqramı 4,60 dollar və ya təxminən 7,82 manat təşkil edib.

Sərvanə Rəmixanova

Seçilən
1
valyuta.az

1Mənbələr