Sea Breeze

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Qurumdan verilən məlumata görə, şöbəyə müvəqqəti olaraq Samir Mansurov rəhbərlik edir.

O, indiyə qədər BOKT-un İdarə Heyəti sədrinin köməkçisi olub.

“Aqrarkredit” Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” ölkə Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit”in səhmdarı olaraq çıxış edir. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.

ETX
ETX
ETX