AZ

İsrailin iki naziri Hollandiyada persona non-qrata elan edib

Hollandiya hökuməti İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qviri “Qəzzada etnik təmizləməyə çağırış” və “fələstinlilərə qarşı zorakılığı qızışdırmaq” ittihamı ilə persona non qrata elan edib. Bu barədə xarici işlər naziri Kaspar Veldkamp açıqlama verib.

Nazirin sözlərinə görə, hər iki siyasətçi qeyri-qanuni məskunlaşmaların genişləndirilməsini və zorakılığı açıq şəkildə dəstəkləyib. Onların mövqeyi beynəlxalq hüquqa zidd sayılıb.

Smotriç və Ben-Qvir qərara "X" platformasında sərt reaksiya verərək Avropanın “ikili standartlarını” tənqid ediblər.

Veldkamp bildirib ki, əgər İsrail beynəlxalq humanitar öhdəliklərinə əməl etməzsə, Avropa İttifaqı ilə Assosiasiya Sazişinin ticarət bəndi dondurula bilər.

Baş nazir Dik Şou isə bildirib ki, Qəzza zolağına humanitar yardım “dərhal və maneəsiz” çatdırılmalıdır. Hollandiyanın yardımları artırmağa hazır olduğu vurğulanıb.


 

Seçilən
19
1
anews.az

2Mənbələr