AZ

İsrail üç əsgəri həbs etdi – Qəzzaya qayıtmaq istəmirlər


İsrail ordusunun (İDF) üç döyüşçüsü Qəzzada döyüşləri davam etdirməkdən imtina edib və döyüş mövqelərindən köçürülməsini tələb ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İDF məlumat yayıb.
Bildirilib ki, onları xidmətə yararlı hesab edən hərbi psixoloqla söhbətdən sonra əsgərlər fikrindən dönməyib.
Bundan sonra hərbi məhkəmə onlara intizam tənbehi verib və həbs cəzasına məhkum edib.
Əsgərlərdən birinin anası oğlunun bir illik müharibədən sonra ağır psixoloji durumundan danışıb:
“O, sınıb. Psixoloji yardım əvəzinə həbsxanaya göndərdilər. Uşaqlarımızı mənəvi cəhətdən əzdiniz”.
Seçilən
17
2
yeniavaz.com

3Mənbələr