AZ

Qədim insanlar Afrikadan necə miqrasiya edib? Gizli yolların sirri açıldı

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Son tədqiqatlar göstərir ki, bəzi miqrasiya marşrutları əvvəllər güman ediləndən daha uzun müddət açıq olub. Bu isə qədim insanların Afrikadan çıxışı və ətraf bölgələrə yayılması ilə bağlı yeni ehtimallar ortaya qoyur.

Qaynarinfo xəbər verir ki, "IFLScience" portalının məlumatına görə, bu mövzu ilə bağlı araşdırmanı ABŞ-ın Kanzas Universitetindən coğrafiya professoru Cerom Dobson aparıb. 

O, hazırda suyun altında qalmış, lakin bir vaxtlar insan məskənləri olmuş əraziləri "akvaterra" adlandıraraq, bu bölgələrin insanlığın erkən tarixi və miqrasiya yollarının araşdırılması baxımından arxeoloji cəhətdən böyük əhəmiyyət daşıdığını bildirib.

Araşdırmalar göstərir ki, son 120 min il ərzində dəniz səviyyəsində kəskin dəyişikliklər baş verib. Təxminən 20 min il əvvəl, son buzlaşma maksimumu zamanı dəniz səviyyəsi bu günkindən 125 metr aşağıda olub. Bu isə Yerin quru sahəsini 11,6% artıraraq, qədim insanların sahilyanı bölgələrdə səyahət və miqrasiya imkanlarını xeyli genişləndirib.

Tədqiqatın əsas məqsədi keçmiş 30 min il ərzində Afrikadan alternativ miqrasiya marşrutlarının dəqiq müəyyənləşdirilməsi olub. Bu məqsədlə alimlər, buzlaşmaya qarşı izostatik düzəliş (GIA) modellərindən istifadə edərək qədim sahil xətlərinin geofiziki cəhətdən düzgün xəritəsini yaradıblar. Dobson bu barədə belə deyib:

"Biz istədik ki, yaradılan sahil xətləri həm fiziki, həm də geofiziki baxımdan doğru olsun. Tədqiqatçılar GIA modellərindən istifadə etməlidirlər, çünki sadəcə dəniz səviyyəsini relyefdən çıxmaqla əldə edilən nəticələr düzgün olmur. Buzlaqların ağırlığı Yer qabığını əyir", deyə alim bildirib.

Tədqiqatçılar GIA modeli ilə qədim DNT və arxeoloji sübutları birləşdirərək, Afrikadan çıxışı təmin edən bir neçə fərqli marşrutu araşdırıblar. Bunlara Qırmızı dənizlə Aralıq dənizini birləşdirən Süveyş keçidi, Sinay yarımadasının şərqindəki Akaba körfəzi, Eritreya, Cibuti və Yəmən arasında yerləşən Bab əl-Məndəb boğazı, eləcə də İtaliyanın Sitsiliya və Messina boğazları daxil olub.

Eyni zamanda, alimlər Foul körfəzində insan izlərinə dair mümkün dəlillər aşkar etdiklərini, həmçinin Nil vadisi boyunca cənubdan şimala və şərqdən qərbə miqrasiyaların baş verdiyini qeyd ediblər – bu isə geniş yayılmış təkistiqamətli miqrasiya nəzəriyyəsinə ziddir.

Dobson bildirib: "Ən təsirli nəticə budur ki, bir çox sualtı landşaft arxeoloji baxımdan böyük əhəmiyyətə malikdir və bu xəritələşdirmə alimlərə həmin əraziləri müəyyənləşdirməkdə kömək edəcək. Ümid edirik ki, bu məlumatlar, xüsusilə son buzlaşma maksimumu zamanı – təxminən 21 min il əvvəl – açıq olan ərazilərin daha yaxşı anlaşılmasına və araşdırılmasına imkan verəcək".

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr